Ali Kuşçu
Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu) (1403, Səmərqənd, Teymurilər dövləti – 16 dekabr 1474, Konstantinopol, Osmanlı imperiyası) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası.
== Həyatı ==
Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu.
1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur.
1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi. Səmərqənddən qaçan Əli Quşçunu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən böyük ehtiramla qarşçladı. Ağqoyunlul və Osmanlı arasında ziddiyyətlər kəskinləşdikdə Uzun Həsən ondan Osmanlı sultanı Fateh Mehmet ilə sülhməramlı görüşmələrində yardım istədi.